SON DƏQİQƏ

İranlı idmançı paylaşımına görə həbs edildi

Tarix:18-01-2023, 08:00 Oxunub:1 992

İranlı idmançı tənqidi paylaşımına görə həbs edilib.

Bu barədə "Azad İran" Teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Molla Respublikasının Məhkəmə Hakimiyyəti İranın voleybol üzrə milli yığmasının keçmiş oyunçusu Fərhad Zərifin tənqidi paylaşım etməsini cinayət hesab edərək onun həbsinə qərar verib.

Fərhad Zərif İslam Peyğəmbərinin qızı Həzrət Fatimənin (s) doğum gününün Analar Günü adlandırılmasını tənqid edib və həmin günün uşaq evliliklərinə qarşı mübarizə günü kimi qeyd olunmalı olduğu haqda sosial media hesabında paylaşım edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<