
Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi komandasının Qətərdə 2022-ci ildə keçirilən dünya çempionatında qazandığı qələbədən danışıb.
Futbolçu İnstaqramda bu barədə paylaşım edib.
O, bu titulu Argentina millisinin qızıl medalsız qalan futbolçularına, Dieqo Maradonaya, eləcə də azarkeşlərə həsr etdiyini bildirib:
"Kubok bizi səmadan dəstəkləyən Dieqoya və eləcə də əsasən nəticəyə deyil, həmişə göstərdiyimiz istəyimizə diqqət yetirənlərin hamısına məxsusdur".