SON DƏQİQƏ

"Qızıl top"a namizədin adı açıqlandı

Tarix:

13-12-2022, 08:20

/ 2 032 dəfə oxundu.
"Qızıl top"a namizədin adı açıqlandı

"Goal" nəşri "Qızıl top" uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqini dərc edib.

Birinci yerdə Fransanın "PSJ” komandasının və Argentina millisinin hücumçusu Lionel Messi qərarlaşıb. O, bu günlərdə milli komanda ilə birlikdə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında mübarizə aparır. Argentina millisi Xorvatiya komandası ilə oynayacağı turnirdə yarımfinala yüksəlib.

Reytinqdə ikinci yerdə PSJ-nin daha bir futbolçusu - Kilian Mbappe qərarlaşıb. O, Fransa yığmasının tərkibində dünya çempionatında çıxışını davam etdirir. Fransa dünya çempionatının 1/2 finalında Mərakeşlə mübarizə aparacaq komandadır.

 

İlk üçlüyü bu mövsümdən Dortmund "Borussiya"dan sonra "Mançester Siti"də çıxış edən norveçli hücumçu Erlinq Haaland tamamlayır.

Nüfuzlu "Qızıl top” mükafatının hazırkı sahibi zədə səbəbindən dünya çempionatını buraxan "Real Madrid"in və Fransa yığmasının hücumçusu Kərim Benzemadır

скачать dle 12.1

Şərhlər