SON DƏQİQƏ

Fransa millisi rekorda imza atdı

Tarix:

15-12-2022, 08:10

/ 1 800 dəfə oxundu.
Fransa millisi rekorda imza atdı

Fransa millisi dünya çempionatlarında yeni rekorda imza atıb.

Qətərdə keçirilən mundialın yarımfinalında Mərakeşi 2:0 hesabı ilə məğlub edən "xoruzlar" son 7 yarışda 4-cü dəfə həlledici oyuna vəsiqə qazanıb. Bu isə istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur.

 

Didye Deşamın rəhbərlik etdiyi kollektiv daha əvvəl 1998, 2006 və 2018-ci il mundiallarının finalında oynamaq imkanı əldə edib. Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu olmağı bacarıb.

Qeyd edək ki, Fransa millisi DÇ-2022-nin həlledici matçında Argentina ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 18-də keçiriləcək

скачать dle 12.1

Şərhlər