SON DƏQİQƏ

Qurbanov açıqlama verdi- ZƏİF OYNADIQ

Tarix:

29-11-2022, 08:14

/ 1 943 dəfə oxundu.
Qurbanov açıqlama verdi- ZƏİF OYNADIQ

Birbaşa deyə bilərəm ki, zəif oynadıq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib ki, gözlənilən səviyyədə oynamamalarının müəyyən səbəbləri var:

"İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane olub. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ