SON DƏQİQƏ
» » Messidən DÇ-dəki iştirakı ilə bağlı ilk açıqlama gəldi

Messidən DÇ-dəki iştirakı ilə bağlı ilk açıqlama gəldi

Tarix:

22-11-2022, 08:28

/ 1 812 dəfə oxundu.
Messidən DÇ-dəki iştirakı ilə bağlı ilk açıqlama gəldi

Qətərdəki dünya çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq.

 

Futbolçu bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında danışıb.

"Əlbəttə, bu mənim son dünya çempionatımdır, onu qazanmaq üçün son şansımdır. Mənim və ümumi arzumuzu həyata keçirmək üçün son şansdır. Bunun karyeramın ən xoşbəxt anı olub-olmadığını bilmirəm, amma özümü çox yaxşı hiss edirəm. Mənə düşən hər andan maksimum yararlanmağa çalışıram. Əvvəllər bundan həzz almağa vaxtım yox idi”, - deyə Messi bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda çərşənbə axşamı Argentina yığması Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ