SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarova texniki qələbə verildi

Şəhriyar Məmmədyarova texniki qələbə verildi

Tarix:

6-09-2022, 08:27

/ 1 196 dəfə oxundu.
Şəhriyar Məmmədyarova texniki qələbə verildi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour”un sonuncu mərhələsi olan "Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.

37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

 

Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Qeyd edək ki, hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ