SON DƏQİQƏ

Polis şöbəsində dəhşətli anlar

Tarix:19-01-2022, 19:18 Oxunub:1 706

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

Qeyd edib ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib, həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

"Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş", - N.Piriyev vurğulayıb

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<