
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi "Opel" markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. R.Bağırov polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.Qaradağ rayon Məhkəməsinin qərarı ilə R.Bağırov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.



























