SON DƏQİQƏ

Ağdamda traktor minaya düşdü

Tarix:

16-12-2021, 15:40

/ 1 290 dəfə oxundu.
Ağdamda traktor minaya düşdü

Dekabrın 16-da saat 13:00 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ