SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Şuşada 2 nəfər minaya düşərək öldü- YENİLƏNİB

SON DƏQİQƏ: Şuşada 2 nəfər minaya düşərək öldü- YENİLƏNİB

Tarix:

9-12-2021, 13:09

/ 1 300 dəfə oxundu.
SON DƏQİQƏ: Şuşada 2 nəfər minaya düşərək öldü- YENİLƏNİB

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ