SON DƏQİQƏ
» » İranda ardıcıl iki güclü zəlzələ: ölənlər var

İranda ardıcıl iki güclü zəlzələ: ölənlər var

Tarix:

15-11-2021, 08:00

/ 1 650 dəfə oxundu.
İranda ardıcıl iki güclü zəlzələ: ölənlər var

İranın cənubunda 6.1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 59 km şimal-şərqə düşüb.

Tələfat və dağıntılarla bağlı məlumat verilmir.

***

İranın cənubunda ikinci güclü zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Bəndər-Abbas şəhərindən 62 km şimal-qərbdə yerləşən yeraltı təkanların gücü 6.3 bal gücündə olub.

***

Baş verən güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub, ən azı 8 nəfər isə xəsarət alıb.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 2-yə, yaralıların sayı isə 27-yə çatıb.

***

Zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb.

Onlardan 22-i xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər