SON DƏQİQƏ

TƏCİLİ: Şəkidə güclü yanğın başladı

Tarix:

11-08-2021, 15:29

/ 4 409 dəfə oxundu.
TƏCİLİ: Şəkidə güclü yanğın başladı

Şəkidə kol-kosdan başlayan yanğın əvvəlcə yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib.

Rayonun Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb.

Sakinlər bildiriblər ki, yanğın kol-koslardan başlayıb: "Daha sonra yanğınlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçdi".

Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

скачать dle 12.1

Şərhlər