SON DƏQİQƏ

Ağsudakı yanğın Şamaxıya keçdi

Tarix:

5-08-2021, 14:45

/ 4 439 dəfə oxundu.
Ağsudakı yanğın Şamaxıya keçdi

Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

Hadisə ötən gün saat 10-30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğını söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib. Qeyd edək ki, yanğınla mübarizəyə mülkü vətəvdaşlar da cəlb olunub.

***

Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.

Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.

Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.

***

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

скачать dle 12.1

Şərhlər