SON DƏQİQƏ
» » Pakistanda partlayış olub, ölən və xəsarət alanlar var

Pakistanda partlayış olub, ölən və xəsarət alanlar var

Tarix:

10-08-2021, 08:54

/ 3 602 dəfə oxundu.
Pakistanda partlayış olub, ölən və xəsarət alanlar var

Pakistanın cənub-qərb əyaləti Bəlucistanın inzibati mərkəzi Kvetta şəhərində mağazada əl qumbarasının partlaması nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

"Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən  "Sinxua" agentliyi bildirib.

Agentliyin məlumatına görə, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Qeyd edilir ki, mağazada avqustun 14-də qeyd ediləcək dövlət Müstəqilliyi Günü ilə əlaqədar milli bayraqlar və başqa simvollar satılıb. Bu, son iki gün ərzində şəhərdə milli bayraqların satıcılarına ikinci hücumdur.

скачать dle 12.1

Şərhlər