SON DƏQİQƏ

Ucarda güclü yanğın olub

Tarix:

19-07-2021, 10:16

/ 4 197 dəfə oxundu.
Ucarda güclü yanğın olub

Ucarda baş verən yanğında iki avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunda ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanar konstruksiyaları, orada olan "Mercedes” markalı minik avtomobilinin yük hissəsi, "Hyundai” markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, iki kvadratmetr taxta və 500 kq buğda yanıb.

Avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ