SON DƏQİQƏ

Bir gecədə 31 ton ot yandı

Tarix:

17-06-2020, 09:06

/ 3 260 dəfə oxundu.
Bir gecədə 31 ton ot yandı

Tərtər rayonunun Mamırlı kəndində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, bitişik ümumi sahəsi 120 m2 olan talvarın taxta atmaları 40 m² sahədə və talvarın altına yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Cəlilabad rayonunun Ağdaş kəndində ümumi sahəsi 110 m² olan tövlənin yanar konstruksiyaları və içərsinə yığılan 13 ton ot bağlamasının 9 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Cəlilabad rayonunun Privolnoye kəndində ümumi sahəsi 93 m² olan tövlənin yanar konstruksiyaları və həyətyanı sahəyə yığılan 11 ton ot bağlamasının 8 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ