SON DƏQİQƏ

58 yaşlı kişi evində diri-diri yandı

Tarix:

4-02-2017, 01:06

/ 1 903 dəfə oxundu.
58 yaşlı kişi evində diri-diri yandı

Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Gunaz.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlunun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ