SON DƏQİQƏ

Toy kortejində avtomobil aşdı- Ölən var

Tarix:

12-07-2021, 14:03

/ 4 318 dəfə oxundu.
Toy kortejində avtomobil aşdı- Ölən var

Qusarda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Qəza Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.

Ənix kənd sakini, Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

Ölən:

1993-cü il təvəllüdlü İsmixan Ədalət oğlu Şəkərov.

Yaralılar:

1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov,

1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov,

1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov.

Qəza zamanı vəfat edən sərnişin İ.Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər