SON DƏQİQƏ

Qazaxda yol qəzası: Altı nəfər yaralandı

Tarix:

13-04-2020, 22:06

/ 1 173 dəfə oxundu.
Qazaxda yol qəzası: Altı nəfər yaralandı

Qazax rayonunda xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.
"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kosalar kəndində qeydə alınıb. 
İki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Şahməmmədoğlu, 2001-ci il təvəllüdlü Pənahov Araz Cəmil oğlu, 1994-cü il təvəllüdlü Mustafayev İlkin Mustafa oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə İslam Bəhram oğlu, 1990-cı il təvəllüdlü Xasayev Elnur Nofəl oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Kamil İbrahim oğlu xəsarət alıblar. 
Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ