SON DƏQİQƏ

Qazaxda qəza - 5 nəfər yaralandı

Tarix:

26-08-2017, 20:53

/ 1 897 dəfə oxundu.
Qazaxda qəza - 5 nəfər yaralandı

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Gürməzli kəndində baş verib.
Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza zamanı xəsarət almış Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Əliyeva Sədaqət İbrahim qızının vəziyyəti ağır olduğu bildirilir. Hadisə zamanı habelə 1967-ci il təvəllüdlü Təhsin Həsənov, 1994-cü il təvəllüdlü Kənan Məmmədov, 1970-ci il təvəllüdlü Zülfüqar Əhmədov orta-ağır və daha bir nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ