SON DƏQİQƏ

Bakı metrosunda hadisə

Tarix:16-06-2021, 09:46 Oxunub:3 507

Bu gün səhər saatlarında Bakı Metropoliteni QSC-nin "Əhmədli" stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub:

"Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində 2 dəqiqə fasilə olub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<