SON DƏQİQƏ

Bakı metrosunda hərəkət bərpa olundu

Tarix:

27-02-2020, 17:49

/ 2 042 dəfə oxundu.
Bakı metrosunda hərəkət bərpa olundu

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem Bakı Metropoliteni QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib.

Bununla belə, onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli" və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb.

"Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb", - deyə o, qeyd edib.

***

B.Məmmədov bildirib ki, artıq adları çəkilən 3 stansiyaya da dayanıqlı elektrik enerjisi verilib və bütün stansiyalarda hərəkət bərpa edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ