SON DƏQİQƏ

Türkiyədə güclü yanğın-ciddi ziyan var

Tarix:

9-02-2021, 08:49

/ 6 367 dəfə oxundu.
Türkiyədə güclü yanğın-ciddi ziyan var

Türkiyənin Sakarya vilayətinin Serdivan ilçəsində güclü yanğın baş verib.

GunAz.az xəbər verir ki, yanğın nəticəsində 30 avtomobilə zərər dəyib. Onlardan bəziləri tamamilə yararsız hala düşüb.

Hadisə Beşkörpü məhəlləsində qeydə alınıb. Otluq sahədə başlayan yanğın yaxınlıqdakı "Yediemin Otoparkı” avtomobil dayanacağına sıçrayıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə çoxsayda xüsusi texnika cəlb olunub. Qısa bir zamanda yanğının nəzarət altına alınmasına baxmayaraq, aralarında minik və yük avtomobilləri, həmçinin mikroavtobuslar olmaqla, bütövlükdə 30 nəqliyyat vasitəsinə zərər dəyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ