SON DƏQİQƏ

Bakıda maşın nənə və nəvəni vurdu

Tarix:

2-09-2020, 14:06

/ 4 412 dəfə oxundu.
Bakıda maşın nənə və nəvəni vurdu

Daxili İşlər Nazirliyi Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C. Allahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.

Nəticədə X. Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ