
Zuqdidi rayonunda 9 yaşlı qızı yaşadığı evin yaxınlığında öz anası avtomobillə vurub.
Uşağın üzərində iki təcili əməliyyat aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza Zuqdidinin Tkaiya kəndində olub.
Məlumata görə, hadisə uşağın anası maşınla həyətə daxil olarkən baş verib.
Hazırda ana şok vəziyyətindədir və Kutaisi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.































