SON DƏQİQƏ
» » Dörd azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı-TİFLİSDƏ

Dörd azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı-TİFLİSDƏ

Tarix:

17-08-2020, 08:00

/ 2 749 dəfə oxundu.
Dörd azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı-TİFLİSDƏ

Tbilisi yaxınlığında Məmmədovlar ailəsinin dörd üzvünün ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü qadın saxlanılıb.

"Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1995-ci il təvəllüdlü şəxs Kvemo Poniçala qəsəbəsində avtomobili ilə yol kənarında dayanan  avtomobilə çırpılıb və yeddi piyadanı vurub. O, daha sonra hadisə yerindən qaçıb.

 

Qəza nəticəsində iki nəfər hadisə yerində, digər iki nəfər isə xəstəxanada vəfat edib. Xəsarət alan üç nəfər xəstəxanada həkimlərin nəzarəti altındadır.

Qadını altı ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

21:02

Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

"Report” xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun dörd yaşlı uşağı hadisə yerində vəfat edib. Xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri yeddi yaşlı uşaq olub.

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.  

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ