SON DƏQİQƏ

FHN Rusiya vətəndaşını XİLAS ETDİ

Tarix:

22-05-2020, 08:13

/ 2 359 dəfə oxundu.
FHN  Rusiya vətəndaşını XİLAS ETDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda dənizdə, xilasetmə məntəqəsinin ərazisində bir nəfərin sörfinq edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən GunAz.az-a bildiriblər ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Rusiya Federasiyasının vətəndaşını sudan çıxararaq xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ