SON DƏQİQƏ

Çimərlikdə 3 nəfər xilas edildi

Tarix:

9-07-2017, 23:40

/ 2 811 dəfə oxundu.
Çimərlikdə 3 nəfər xilas edildi

Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 3 nəfər xilas edilib.
Gunaz.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:35-də başa çatıb.
Digər analoji hadisə Bakı şəhəri, Sabunçu rayonunda olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə akı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:50-də başa çatıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ