SON DƏQİQƏ

Dənizdə batan 2 nəfər xilas edildi

Tarix:

3-07-2017, 21:01

/ 2 802 dəfə oxundu.
Dənizdə batan 2 nəfər xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verilir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:23-də başa çatıb

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ