SON DƏQİQƏ
» » Türkiyədə təyyarə qəzası buna görə baş verdi

Türkiyədə təyyarə qəzası buna görə baş verdi

Tarix:

7-02-2020, 08:54

/ 2 846 dəfə oxundu.
Türkiyədə təyyarə qəzası buna görə baş verdi

5 fevralda Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən hava limanında baş verən təyyarə qəzası ilə bağlı daha bir iddia ortaya atılıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzaya uçuş-enmə zolağının standart ölçülərdən kiçik olmasının səbəb olduğu bildirilib.

İddiaya görə, qəzanın fəsadlarının böyük olması da buna görədir.

Qeyd edək ki, fevralın 5-də “Peqasus” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edib, daha sonra isə uçuş zolağından çıxaraq torpaq üstdə 40 metrə qədər sürünüb. Təyyarə 3 hissəyə parçalanıb və yanğın baş verib.

Qəza nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb.

скачать dle 12.1

Şərhlər