SON DƏQİQƏ
» » 2017-2020-ci illərdə dünyada baş verən ən dəhşətli aviaqəzalar

2017-2020-ci illərdə dünyada baş verən ən dəhşətli aviaqəzalar

Tarix:

10-01-2020, 09:46

/ 3 018 dəfə oxundu.
2017-2020-ci illərdə dünyada baş verən ən dəhşətli aviaqəzalar

2020-ci il 8 yanvar 2020-ci il - Ukraynaya məsxus və göyərtəsində 178 nəfər olan "Boeing 737" tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəzaya səbəb mühərrikin yanması olub. Milli.Az bildirir ki, qəzada təyarənin göyərtəsində olan bütün insanlar həyatını itirib.

2 yanvar 2020-ci il - Sudanın Qərbi Darfur əyalətində Əl-qeneyna şəhərindəki hava limanından uçan An-12 təyyarəsi 5 dəqiqədən sonra qəzaya uğrayıb. Qəzada 18 nəfər həyatını itirib. onların 7-i ekipaj üzvü, 4-ü uşaq olub.

2019-cu il 27 dekabr 2019-cu ildə Alam-Ata - Nur-Sultan reysini həyata keçirən  Bek Air aviaşirkətinə məxsus  sərnişin təyyarəsi uçuş zamanı hündürlüyü məsafəsini itirərək ikimərtəbəli tikintiyə dəyərək qəzaya uğrayıb. Fokker-100 tipli təyyarənin qəzası zamanı 14 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.
10 dekab2019-cu ildə Çiliyə məxsus C-130 "Qerkules" hərbi-nəqliyyat təyyarəsi göyərtəsində 38 nəfərlə birlikdə qəzaya uğrayıb. Hərbi təyyarə Antarktikadakı aviabazaya uçan zaman qəzaya uğrayıb.

24 noyabrda Konqonun şərqindəki Qoma şəhərində  Busy Bee aviaşirkətinə məxssu Dornier-228 təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həyatını itirib.

İyunun 3-də isə Hindistan şimal-şəqrində Assam ştattında  An-32 BBC hərbi-nəqliyyat  təyyarəsi radardan itib və göyərtəsində 13 nəfər olub. Qəzaya uğrayan təyyarənin parçalarını ancaq bir neçə gün sonra tapmaq mümkün olub.

Mayın 5-də isə Moskva-Murmansk reysini həyata keçirən Sukhoi Superjet 100 "Aeroflot" uçuşdan 28 dəqiqə sonra təcili olaraq Şeremetyevo hava limanın sərt eniş edib. Sərt eniş nəticəsində qəza baş verib. Göyərtəsində 78 nəfə itirib. 

Martın 10-da Əddis-Əbəbədən Keniyaya uçan  Ethiopian Airlines aviaşirkətinə məxsus Boeing-737" təyyarəsi Efiopiyanın Debro-Zeyt şəəri yaxınlığında qəzaya uğrayıb.Təyyarənin göyrtəsində  35 ölkədən 157 nəfər olub. Qəzadan ancaq təyyarənin ancaq 8 nəfərlik ekipaj üzvü sağ qurtara bilib.

Martın 9-da isə Kolumbiyada  Laser aviaşirkətinə məxsus  DC-3 təyyarsi qəzaya uğrayıb. Qəzada təyyarənn göyərtəsində olan 12 nəfərin hamısı ölüb.
14 yanvarda isə  İranın Kərəc şəhərində hərbi təyyarə qəzaya uğrayıb. Bişkekdən uçan Boeing 707 hərbi təyyarəsi Kərəcin "Payam" hava limanın enBişkekdəənпринадлежавший армии Ирана, iş etmək əvəzinə səhvən  "Fəth" hava limanın eniş edib. Pilot idarəetməni itirməsi nəticəsində təyyarə yaşayış massivinə düşüb.Nəticədə 15 nəfər ölüb. 1 nəfər sağ qalıb.

2018-ci il 20 dekabrda  yenə də Konqo Kinşasa hava limanında  GomAir şirkətinə məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəzada 23 əfər həyatını itirib.

29 oktyabrda  isə İndoneziyada Cakartadan Sumarta adasına uçuş həyata keçirən  Lio avişirkətinə məxsus "Boeing 737 MAX" layneri qəzaya uğrayıb və təyyarənin göyərtəsində olan 189 nəfərin hamısı həyatını itirib.

9 sentyabrda isə  Cənubi Sudanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 21 nəfər ölüb, 3 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərdən biri 6 yaşlı oğlan olub.

4 avqustda isə İsveçrəyə məxsus  İkinci Dünya müharibəsi dövründən qalan JU52 HB-HOT təyyarəsi qəzaya uğrayıb. İsveçrədə qəzaya uğrayan təyyarənin göyərtəsində 20 nəfər olub və hamısı həyatını itirib.

31 iyulda isə Meksikanın Duranqo şəhəri yaxınlığında Aeromexico avişaşirkətinə məxsus Embraer 190 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 103 nəfər olub. Mexikodan havaya qalxmaq istəyən təyyarə lazimi yüksəkliyə qalxa bilmədiyindən uçuş zolağına enə bilmədiyindən kənara çıxış və yanıb. Xobəxtlikdən ölən olmayıb. Amma müxtəlif  xəsarət alan 98 nəfər xəstəxanaya yerləşdirilib.

18 mayda isə Kubanın Havana hava limanından uçan Global Air aviaşirkətinəməxsus "Boeing 737-200" təyyarəsi eləuçuş zamanı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 113 nəfərdən 112-i ölüb.

11 apreldə isə Əlcəzairdə İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Nəticədə 260-dək insan həyatını itirib.

12 martda isə Banqladeşin US-Bangla aviaşirkətinə məxsus  və Dakka-Katmandu reysini icra edən təyyarə   Nepalın Katmandu hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarə futbol meydançasına düşüb və nəticədə 49 nəfər ölüb.

6 martda Suriyanının Hmeymi avibazasına eniş edən zaman Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə rusiyalı hərbçilər olub. Onların arasında general-mayor da olub. Göyərtədə olan 40 nəfərin hamısı ölüb.

18  fevralda isə  Tehran-Yəsuc reysini həyata keçirən  İrana məxsus "Aseman Airlines" aviaşirkətinə məxsus ATR-72  sərinişin təyyarəsi qəzaya uğrayıb və nəticədə 70-dək insan həyatını itirib.

11 fevralda isə  Moskva  Orsk reysini həyata keçirən  т Ан-148  sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər həyatını itirib.

2017 7 iyunda Myanmedə Y-8 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 122 nəfər olub ki, onun da 15-i uşaqolub. Hamısı həyatını itirib.

16 yanvarda isə Honqkonq-Bişkek reysini həyata keçirən Türkiyə aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi  Bişkekdə "Manas" hava limanına eniş edən zaman qəzaya uğrayıb. Təyyarə yaşayış massıvinə düşüb. Hadisə yerindən 38 cəsəd çıxarılıb ki, onların 16-ı uşaq olub. 30-dək ev isə dağılıb. (ölkə.az)

скачать dle 12.1

Şərhlər