İranın Gilan vilayətində isti küləyin əsməsi nəticəsində meşə yanğını baş verib.
Trend-in məlumatına görə, İranın Gilan vilayəti Təbii Ehtiyatlar və Su İdarəsinin baş direktoru Möhsün Yusifpur bildirib ki, meşə yanğını 9 hektar sahəni əhatə edib.
M.Yusifpur bildirib ki, alovun söndürülməsinə baxmayaraq, isti küləyin davam etməsi nəticəsində yanğın yenidən aktivləşib.