SON DƏQİQƏ

Lerikdə meşə yanğını

Tarix:

3-08-2018, 15:22

/ 10 374 dəfə oxundu.
Lerikdə meşə yanğını

Lerikdə meşəlik ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) GunAz.az -a bildirilib ki, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ