SON DƏQİQƏ
» » Lənkəran və Astarada dağlıq ərazidə meşə zolaqlarında yağın başladı

Lənkəran və Astarada dağlıq ərazidə meşə zolaqlarında yağın başladı

Tarix:

25-03-2018, 12:09

/ 10 674 dəfə oxundu.
Lənkəran və Astarada dağlıq ərazidə meşə zolaqlarında yağın başladı

Martın 24-də tarixində axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.

Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.

Səhər saatlarından külək zəifləyib, yağış yağmağa başlayıb.

Əlavə məlumat veriləcək.​

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ