SON DƏQİQƏ

FHN Qaxdakı yanğınla bağlı məlumat yaydı

Tarix:

19-11-2017, 12:39

/ 601 dəfə oxundu.
FHN Qaxdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qaxda dağlıq ərazidəki yanğınla bağlı məlumat yayıb. 

Gunaz.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlaması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ