SON DƏQİQƏ
» » 17 mərtəbəli bimada yanğın söndürüldü-YENİLƏNİB

17 mərtəbəli bimada yanğın söndürüldü-YENİLƏNİB

Tarix:

11-11-2017, 06:30

/ 1 165 dəfə oxundu.
17  mərtəbəli bimada yanğın söndürüldü-YENİLƏNİB

Noyabrın 10-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsindəki 16 mərtəbəli yaşayış binasında baş verən yanğın artıq söndürülüb.

Gunaz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun qarşısını alıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Yanğınla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

***

22:29

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Gunaz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.

***

21:48

Bakıda çoxmərtəbəli yaşayış binada yanğın baş verib.

Gunaz.azbildirir ki, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ