SON DƏQİQƏ
» » FHN Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

Tarix:

16-03-2018, 21:21

/ 10 315 dəfə oxundu.
FHN Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ