SON DƏQİQƏ

Beyləqanda zəncirvari qəzada ölənlər var

Tarix:

23-02-2018, 08:36

/ 1 484 dəfə oxundu.
Beyləqanda zəncirvari qəzada ölənlər var

Xəbər verdiyimiz kimi Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb və onların adları məlum olub.

Gunaz.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. 
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ