İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə GunAz.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.