SON DƏQİQƏ
» » İrandan 54 kq yaxın narkotik keçirilməsinin qarşısı alındı

İrandan 54 kq yaxın narkotik keçirilməsinin qarşısı alındı

Tarix:

15-07-2023, 12:00

/ 1 585 dəfə oxundu.
İrandan 54 kq yaxın narkotik keçirilməsinin qarşısı alındı

İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ