
ABŞ Hərbi Hava Qüvvələri vitse-prezident Cey Di Vensin Cenevrəyə mümkün səfəri halında lazım olacaq avadanlıqları Avropaya daşıyır.
GunAz.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Vensin İranla qarşılıqlı anlaşma memorandumu imzalama mərasimində iştirak etməsi ehtimalına qarşı avadanlıqları Avropaya çatdırır.
Jurnalist bildirib ki, ABŞ və İran arasında razılaşma mətninin layihəsi artıq razılaşdırılıb. Lakin sənəd hələlik tərəflər tərəfindən yekun şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, rəsmi Vaşinqton və Tehran bu məlumatla bağlı hələlik açıqlama verməyiblər.































