SON DƏQİQƏ
» » Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu

Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu

Tarix:

Bu gün, 13:10

/ 2 345 dəfə oxundu.
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu

Müxalif “Güclü Ermənistan” Partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlu və müavini Narek Karapetyanın ölkədən çıxışına qadağa qoyulub.
GunAz.az xəbər verir ki, bu barədə onun özü jurnalistlərə məlumat verib.
N. Karapetyan bildirib ki, Ermənistan hakimiyyəti onun ölkədən çıxışına məhdudiyyətlər qoyub.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.
скачать dle 12.1

Şərhlər