SON DƏQİQƏ

Polşa Ukraynanın Aİ yoluna veto qoyur

Tarix:

Bu gün, 15:31

/ 3 242 dəfə oxundu.
Polşa Ukraynanın Aİ yoluna veto qoyur

Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı diqqətçəkən açıqlama verib.
GunAz.az xəbər verir ki, o, “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, Varşava Kiyev bütün şərtləri yerinə yetirməyənə qədər Ukraynanın Aİ-yə qəbuluna razılıq verməməlidir.
Bosakın sözlərinə görə, Polşanın tələbləri arasında “banderizm ideologiyasından imtina”, Ukraynadakı Polşa azlığının hüquqlarına hörmət və sənaye sahəsində məhdudiyyətlərin yumşaldılması kimi məsələlər yer alır.
Vitse-spiker vurğulayıb ki, hazırkı mərhələdə Varşava öz milli maraqlarını və Kiyevdən gözləntilərini açıq şəkildə formalaşdırmalıdır.
скачать dle 12.1

Şərhlər