SON DƏQİQƏ

Ağsu və Şamaxıda meşə yanğını oldu-FOTO

Tarix:

2-08-2018, 10:16

/ 10 334 dəfə oxundu.
Ağsu və Şamaxıda meşə yanğını oldu-FOTO

Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.

FHN-dən GunAz.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.

Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Ağsu və Şamaxıda meşə yanğını oldu-FOTO

 

Ağsu və Şamaxıda meşə yanğını oldu-FOTO

 

Ağsu və Şamaxıda meşə yanğını oldu-FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ