SON DƏQİQƏ
» » Sürücü avtomobil qəzasında infarkt keçirdi, öldü

Sürücü avtomobil qəzasında infarkt keçirdi, öldü

Tarix:

30-10-2018, 22:07

/ 10 251 dəfə oxundu.
Sürücü avtomobil qəzasında infarkt keçirdi, öldü

Qazax rayonunda yol-nəqliyyat hadisəsi zamanı infarkt keçirən sürücü xəstəxanada ölüb.

GunAz.az "Report"a istinadən bildirir ki, rayonun Daş Salahlı kənd sakini, 1936-cı il təvəllüdlü Hidayət İbrahim oğlu Osmanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, ürək xəstəsi olan H.Osmanovun həyəcandan səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, xəstəxanadan H.Osmanovun uzun müddətdir ki, ürək xəstəsi olduğu və əvvəllər ürəyindən əməliyyat da keçirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər