SON DƏQİQƏ

Sel təhlükəsi barədə XƏBƏRDARLIQ

Tarix:

26-10-2018, 10:45

/ 10 310 dəfə oxundu.
Sel təhlükəsi barədə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

Departamentdən GunAz.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib.

Eyni zamanda proses şimal-qərb küləyinin güclənməsi ilə müşahidə olunub. Küləyin sürəti Xınalıqda 28, Kəlvəzdə 25, Daşkəsəndə 20-25, Mərəzədə 22-24, Altıağacda 22, Neftçalada 20, Bakı və Yardımlıda 18 m/san olub.

Oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ