SON DƏQİQƏ

İcazəsiz ov edən şəxslər saxlanıldılar

Tarix:

24-10-2018, 19:36

/ 10 314 dəfə oxundu.
İcazəsiz ov edən şəxslər saxlanıldılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ