SON DƏQİQƏ
» » Bakıda FACİƏ - Avtobus 3 yaşlı uşağı vuraraq öldürdü

Bakıda FACİƏ - Avtobus 3 yaşlı uşağı vuraraq öldürdü

Tarix:

25-09-2018, 11:39

/ 10 261 dəfə oxundu.
Bakıda FACİƏ -  Avtobus 3 yaşlı uşağı vuraraq öldürdü

Xətai Rayon Məhkəməsində 3 yaşlı körpənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır.

GunAz.az ölkə.az -a istinadən bildirir ki, cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Həsənov Şüriyyə Həsən oğlunun məhkəmə prosesinə hakim Habil Məmmədov sədrlik edəcək. 

Hadisə avqust ayının 14-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 15-in qarşısında qeydə alınıb. Belə ki, gündüz saat 13 radələrində 1968-ci il təvəllüdlü Şuriyyə Həsən oğlu Həsənovun idarə etdiyi 62 saylı xətt avtobusu 2015-ci il təvəlldülü Aygün Kənan qızı Binnətovanı vurub.

Körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Xətai RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsiylə cinayət işi başlanıb və sürücü istintaqa cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ