SON DƏQİQƏ
» » Dubaya 100 min aparmaq istəyən şəxs saxlanıldı - DGK

Dubaya 100 min aparmaq istəyən şəxs saxlanıldı - DGK

Tarix:

4-08-2018, 14:48

/ 10 224 dəfə oxundu.
Dubaya 100 min aparmaq istəyən şəxs saxlanıldı - DGK

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan GunAz.az-a verilən məlumata görə, Bakı-Dubay aviareysi ilə getmək istəyən İran vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər